USD - 1.7 EUR - 1.9515 RUB - 0.0254 TRY - 0.3115 DAHA ÇOX
SON DƏQİQƏ
“Barselona” futbol klubu tarixə düşüb Xarici valyutaların manata qarşı məzənnələri Azərbaycanın bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sistemi yaradılacaq Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qərargah yaradılıb “ASAN”a konsulluq xidmətləri göstərilməsi hüququ verilib
Bakıda yenidən “İmagine” Avrotolerantlıq Festivalı keçiriləcək

"Biz bu dəfə daha yaxşı iş görməyə çalışacağıq. Ancaq əsas məqsədimiz odur ki, Bakının hər yerində "İmagine" sözü səslənəndə ilk ağıla gələn bu festival olsun. Bu işi gələcəyin  gözəl ənənəsinə çevirmək istəyirik".

ASAN Radionun xəbərinə görə, bunu Avropa İttifaqının  Azərbaycandakı səfiri Kestutis Yankauskas Bakıda yenidən keçiriləcək “İmagine” Avrotolerantlıq Festivalı ilə bağlı mətbuat konfransında deyib. O, festivalın Azərbaycan və festivala qatılan bütün Aİ ölkələrini tolerantlıq prinsipi ətrafında birləşdirəcəyinə ümidvarlığını ifadə edib.

Polşanın Azərbaycandakı səfiri Marek Salka festivalın əhəmiyyətindən söz açaraq bildirib ki, bu festivalla bağlı əməkdaşlıq davam etdiriləcək: "Bu, həm Azərbaycanla olan əməkdaşlığımıza, həm də Azərbaycan və Aİ arasındakı əməkdaşlığa bir töhfədir".

Səfir çıxışında festival çərçivəsində nümayiş etdiriləcək filmlərdən də söz açıb.

"Park Cinema" satış departamentinin rəisi Musa Axundov yeniliklərdən danışaraq qeyd edib ki, artıq tək Bakı yox, regionlar da festivala qoşulacaq. İlk olaraq Qubada film nümayiş etdiriləcək.

CINEX şirkətinin nümayəndəsi Mariya İbrahimova deyib ki, bu il 4-9 oktyabr tarixlərində "Doku Baku" festivalı yenidən keçiriləcək.

ASAN Radionun rəhbəri Emin Musavi çıxışında Azərbaycanın həmişə tolerant ölkə olduğunu vurğulayıb. 

Konfransda festivalın yeni loqosu da təqdim edilib.

Qeyd edək ki, festival 2-17 may tarixlərində baş tutacaq. Festival çərçivəsində musiqi tamaşaları, master-klasslar, teatr sərgiləri, film nümayişləri, debatlar olacaq. Tolerantlıq və müxtəliflik mövzusunda 40-dan çox sənədli film təqdim ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio