USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanlı səfirin heykəli ucaldıldı

Mayın 17-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, tanınmısh bəstəkar, gözəl müğənni, uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərən, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə "2009-cu İlin Adamı", 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilən, Azərbaycan Respublikasinin əməkdar incəsənət xadimi, xalq artisti Polad Bülbüloğlunun möhtəşəm heykəli ucaldılıb.

Heykəlin yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, dünya şöhrətli heykəltəraş, xalq rəssamı Zurab Tseretelidir.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Rusiya Federasiyasında akkreditasiya olunmuş bir çox xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər .

Tədbirdə xalq artisti Polad Bülbüloğlunun oğlu 15 yaşlı Murtuza Bülbül mərasimində hər kəsi təəccübləndirib. O səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib və sonra isə Polad Bülbüloğlu bir necə təkrarolunmaz gözəl mahnılarını ifa edib.

Qeyd edək ki, xalq artisti Polad Bülbüloğlu ilk və yeganə azərbaycanlıdır ki, onun heykəli Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında goyulub .

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!