USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 20-də NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən ASAN Radioya verilən məlumata görə, Z. Həsənov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycanla NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb.

Ölkəmizin sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirən müdafiə naziri bəzi xarici ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu da qonağın diqqətinə çatdırıb.

Öz növbəsində general K. Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

Qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsi üçün göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!