ASAN Radio Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib. Qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib.
Artur Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.
Artur Rasi-zadə göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!