USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində olub.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.

Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır.

Leyla Əliyeva internat məktəbindəki şəraitlə tanış olub, eyni zamanda, Fond tərəfindən yaradılan sinifdə uşaqlarla görüşərək, onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış kompüterlər hədiyyə edilib. Burada, həmçinin audio studiya və kitabxana var.

Bildirilib ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür.

Daha sonra internat məktəbinin şagirdləri, o cümlədən Rusiyada müxtəlif veriliş və festivallarda iştirak edən istedadları öz ifalarını təqdim ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!