USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Netanyahu Azərbaycan Prezidentinə məktub göndərib

İsrail baş naziri Benyamin Netanyahu İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

ASAN Radionun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin. İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!