USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır".

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, son zamanlar Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları tərəfindən xeyli sayda bu kimi faktlar qeydə alınıb: "Belə ki, BBGİ Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində həyata keçirdiyi tədbirlər nəticəsində, xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb, müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 10 ədəd "beşbarmaq", 5 ədəd dəyənək, 9 ədəd silah hissəsi, 4 ədəd elektroşoker, 48 ədəd ox aşkar edilib".

Bundan başqa, gömrük hüquqpozmalarına qarşı aparılan qətiyyətli mübarizənin nəticəsi olaraq Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşları tərəfindən müxtəlif bağlamalarda 18 ədəd nişangah, 50 ədəd kazino daşları, 5 ədəd patrondolduran dəzgah, 1 dəst sualtı ovda istifadə olunan pnevmatik tüfəng, 250 ədəd 5,5 mm kalibrli mərmilər, 98 ədəd siqarlar, 460 həb və 159 ampul tərkibində güclü təsiredici maddələr olan dərman preparatları, 337 həb və 40 ampul psixotrop dərman preparatları aşkarlanıb.

Ümumilikdə, 57 belə fakt qeydə alınıb. Onlardan 39 fakt üzrə toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinə, 9 fakt üzrə toplanmış materiallar DGK-nin İstintaq İdarəsinə göndərilib, 9 fakt üzrə isə hazırda araşdırma aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!