USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, yeni naziri kollektivə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib, onun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Ə.Əsədov qeyd edib ki, ekologiya və ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə edilib.

Ə.Əsədov dövlət başçısı tərəfindən ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələr verib.

Yeni ekologiya və təbii sərvətlər nazirinin təqdim edilməsində iştirak edən Hüseyn Bağırov nazir M.Babayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

M.Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə ona öz minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin icrasının layiqincə təmin ediləcəyini vurğulayıb.

M.Babayev bundan sonra da nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!