USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT-nin baş katibi Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. 

ASAN Radionun məlumatına görə, təbrikdə deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizinlə Birləşmiş Millətlər Təşkilatının həm Azərbaycandakı rezident əlaqələndiricisi, həm də digər qurumları vasitəsilə qarşılıqlı maraq doğuran məsələlər üzrə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Biz Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə, o cümlədən dünyada sülhün, təhlükəsizliyin, davamlı inkişafın və insan hüquqlarının təmin olunmasına dair dəyər və prinsiplərinə sadiq olduğuna inanırıq. Əminəm ki, Sizin əzmkar rəhbərliyinizlə Azərbaycan bundan sonra da gənclərin üzləşdiyi problemlərin həllində və mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rolunu qoruyub saxlayacaq. Bildiyiniz kimi, BMT uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Ümidvaram ki, bu istiqamətdə səylər daha da fəallaşacaq və bütün Cənubi Qafqaz regionunun xalqları üçün əbədi sülhə və tərəqqiyə nail olunması yolunda müsbət nəticələr verəcək. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!