USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

"İsrail Azərbaycanın müstəqilliyini tanıyan sayca dördüncü ölkə olub".

 

Məlumata görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrailin müstəqilliyinin 68 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

 

O bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:  "Misir və İordaniyadakı uğurlu təcrübəsinə əsaslanaraq İsrail bütün münaqişələrin, eləcə də  Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. İsrail və Azərbaycan qarşılıqlı hörmət, sülh və sabitlik arzusu və öz xalqlarının rifahı üçün hər iki ölkənin daha da inkişaf etməsinə kömək edəcək əlaqələri çox məharətlə inkişaf etdirirlər. İsrail və Azərbaycan unikal əlaqələri bölüşürlər: yəhudilər ən azı 15 əsr burada yaşadıqları zaman heç bir zaman antisemitizm mövcud olmayıb. Yəhudilər cəmiyyətin bir hissəsi olublar  və onun inkişafına töhfə veriblər.  İsrailə miqrasiya etmiş yəhudilər isə ölkələrimizin cəmiyyətləri və mədəniyyətləri arasında körpü rolunu oynayır”. 

 

Səfir qeyd edib ki, Azərbaycan neftin ucuzlaşması ilə əlaqədar yaranan çətinliklərin qarşısını almaq üçün iqtisadiyyatını diversifikasiya edir. O bildirib ki, İsrail Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün öz təcrübə və bacarığını bölüşməyə hazırdır.  

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovisə İsraillə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu vurğulayıb: "Bu əlaqələr günü-gündən inkişaf edir. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəhudi xalqı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfə verir. Azərbaycanda 2700 ildir yəhudilər yaşıyır". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!