22/05/2018 06:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9978 0.0273 0.3765


ASAN xəbər

Küveyt Dövlətinin nümayəndə heyəti “ASAN xidmət”də


25.04.2018   12:05


24 aprel 2018-ci il tarixində  Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında Baş Yaşayış İcazəsi İdarəsinin rəisi general-mayor Talal Marefinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

ASAN Radio xəbər verir ki, qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 21 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 




Xəbər lenti

21 May













ASAN Radio telefonunuzda
Facebook