USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fidan Hacıyeva "Cümhuriyyət İli” çərçivəsində silsilə konsert proqramları ilə çıxış edəcək

Azərbaycanın xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva "Cümhuriyyət İli” çərçivəsində silsilə konsert proqramına start verir.

ASAN Radionun məlumatına görə, Fidan Hacıyeva keçirdiyi mətbuat konfransında bildirib ki, bu proqramda  Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynovanın yaradıcılığına müraciət edib.

“Üzeyir bəyin tələbələri olan ilk bəstəkar qadınlara - Şəfiqə Axundova, Ağabacı Rzayeva, Ədilə Hüseynzadəyə yaradıcılığımda yer ayırmaq istədim. Ədilə Hüseynzadədən başladım. Onun əsərlərinə vaxtilə Bülbül, Şövkət Ələkbərova, müəllimim Hüseyn Əliyev müraciət edib. İndi də həmin romansları ifa etmək mənə nəsib oldu. Ədilə Hüseynzadənin 16 romansını ifa edəcəyəm. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə bu əsərlər daxildir”.

Xalq artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim edəcəyi ilk konserti mayın 6-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək: “Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub və Nigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün üçün yazılıb”.

Əsərlər Fidan Hacıyevanın ifasında yeddi dildə – Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dilində səslənəcək. Opera müğənnisi konsert proqramının daha sonra İtaliya, Fransa, Türkiyə və s. ölkələrdə təqdim edəcəyini də bildirib: "Böyük ölkələrin səhnələrində Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Azərbaycanın mədəniyyətini dünyada tanıtmaq mənim bir vətəndaşlıq borcumdur”. 

Mətbuat konfransında Ədilə Hüseynovanın nəvəsi Səbinə Əliyeva və musiqişünas Elnarə Dadaşova bəstəkarın yaradıcılığından danışıb, onun irsini yüksək qiymətləndiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!