USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin bir sıra müəssisələrinin fəaliyyəti ilə tanış olub

26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “Baytarlıq şəhəriciyi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası ilə tanış olub.  

Nazirliyin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, nazir əvvəlcə “Baytarlıq şəhərciyi”ndə yerləşən nazirliyin Aqrar Elm və İnformasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Muzeyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX)  inzibati  binasında olub və nazirə fəaliyyət sahələri barədə ətraflı məlumat verilib. 

Daha sonra nazir Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında olub. İnam Kərimov əvvəlcə Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət və Respublika Karantin Ekspertiza Mərkəzlərinin laboratoriyalarında yaradılan şəraitlə yaxından tanış olub.

Nazirə Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Virusologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika, Dənin keyfiyyət göstəricilərinin təyini laboratoriyalarının, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının və ağır metalların təyini, həmçinin digər laboratoriyaların fəaliyyət göstərdiyi barədə məlumat verilib.

İnam Kərimov daha sonra Dövlət Xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemləri (VAİS) və burada görülən işlərlə yaxından tanış olub, nazirə idxal-ixrac prosesində “bir pəncərə” prinsipi, xidmətin elektronlaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!