USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Formula 2 yarışlarına start verilib

Aprelin 27-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

ASAN Radio xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Xatırladaq ki, ötən il iyunun 23-25-də Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə “BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!