Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikasının daxili işlər naziri general-polkovnik Ramazon Raximzoda arasında görüş keçirilib.
Səfirlikdən ASAN Radioya verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi sahədə səmimi dost münasibətlərin olmasının iqtisadi və ticari əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına köməklik edəcəyi vurğulanıb.
MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi və sədrliyin Azərbaycana keçməsinin planlaşdırıldığı qeyd olunub.
Görüş zamanı səfir Həsən Məmmədzadə iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan vətəndaşlarının miqrasiya məsələlərin həlli istiqamətində müzakirələr aparıb. Həmçinin iki qurum arasında tələbə mübadiləsinin aparılması birgə kurslarda iştirak və digər maraq doğuran məsələlər müzakirə olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!