Bakıda keçirilən 2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə ilk qəza qeydə alınıb.
ASAN Radionun məlumatına görə, "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qəza törədib. Niderlandlı pilot dönmə zamanı idarəetməni itrirərək bolidini baryerə çırpıb. Maşında tüstüləmə baş verib.
Qəza 6-cı döngədə qeydə alınıb. Zərbənin gücündən bolidin ötürmə qutusu bloklanıb.
Marşallar maşını trasdan kənarlaşdıra bilmədiyi üçün yardıma evakuator gəlib və M.Ferstappenin bolidini aparıb.
Beləliklə M.Ferstappen yürüşü davam etdirə bilməyib və onun bolidi trekdən kənarlaşdırılıb.
Qeyd edək ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!