USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Birinci vitse-prezident Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.

ASAN Radio xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Alen Uperin Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri kimi ölkəmizə səfər etdiyini vurğulayaraq, ölkələrimiz arasında münasibətlərə toxundu, Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə çox uğurla inkişaf etdiyindən məmnunluğunu bildirdi. Ölkələrimiz arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirən Mehriban Əliyeva bu münasibətlərin möhkəmlənməsində Azərbaycan-Fransa parlamentlərarası əlaqələrinin mühüm rol oynadığını diqqət çatdırdı. Bildirdi ki, son illər ərzində bu istiqamətdə bir çox tədbirlər keçirilib. Birinci vitse-prezident iqtisadi əlaqələrə toxunaraq enerji sektorunda mövcud olan çox uğurlu əməkdaşlığı qeyd etdi, bununla yanaşı, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə qurulan əməkdaşlıqdan danışdı, Azərbaycanda bir çox Fransa şirkətlərinin uğurlu fəaliyyətini vurğuladı. Humanitar əlaqələrin əhəmiyyətinə toxunan Mehriban Əliyeva bu sahədə uğurlu əməkdaşlığın formalaşdığını bildirdi, humanitar əlaqələrin ölkələri, insanları bir araya gətirdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident Azərbaycan mədəniyyət günlərinin təkcə Fransanın paytaxtı Parisdə deyil, bu ölkənin digər şəhərlərində də uğurla keçirildiyini və böyük maraqla qarşılandığını xatırladaraq, eyni zamanda, Azərbaycanda da bu istiqamətdə görülən tədbirləri qeyd etdi. Mehriban Əliyeva Azərbaycanda Fransız liseyinin, Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı. “Bu sahədə çox işlər görülüb, amma yenə də potensial var”, - deyən Birinci vitse-prezident ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uper Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdən şərəf hissi duyduğunu söylədi. O, Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərin inkişafının məmnunluq doğurduğunu dedi. Qonaq Mehriban Əliyevanın ölkəmizin Fransada təbliği üçün gördüyü işləri yüksək qiymətləndirdi, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxundu. Alen Uper son illər Azərbaycan ilə Fransa arasında mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin münasibətlərin daha da inkişafına xidmət edəcəyini vurğuladı. Senator Azərbaycanın dünya üçün vacib ölkə olduğunu bildirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!