Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder və Konqresin baş icraçı direktoru Robert Zinger Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.
ASAN Radionun məlumatına görə, təbrikdə deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi dünyanın yüzdən çox ölkəsində yəhudi icmaları və təşkilatlarını təmsil edən Ümumdünya Yəhudi Konqresi adından təbrik etməkdən çox məmnunuq. Sizin Azərbaycanda yəhudi icmasına davamlı dəstəyinizi həmişə yüksək qiymətləndirmişik. Sizinlə Bakıdakı son görüşümüzdə dediyiniz kimi, Azərbaycan və yəhudi xalqlarının uzun bir dostluq tarixi var və iki xalq arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Əminik ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında güclü ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcək. Seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Zati-alinizə salamlarımızı və təbriklərimizi şəxsən çatdıracağımız günü səbirsizliklə gözləyirik”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!