USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-da Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib 

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri – 2018” elmi-praktik konfransı keçirilib. ASAN Radio xəbər verir ki, bu tədbir Azərbaycan Tibb Universitetinin əməkdaşlarının hazırladığı elmi-tədqiqat işlərinin yekunları əsasında təşkil olunub. 

Konfransdan öncə universitet rəhbərliyi ulu öndər Heydər Əliyevin ATU-dakı büstünün qarşısına əklil qoyublar, onun xatirəsini yad ediblər. Azərbaycanın dövlət himni səsləndikdən sonra konfransın işinə start verilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli prezidentin sərəncamına əsasən, bu ilin Azərbaycan Xalq Cümhuriyyəti ili kimi qeyd olunduğunu, bu münasibətlə ölkəmizin hər yerində yüksək səviyyəli tədbirlərin keçirildiyini deyib: «Tibb Universitetində də yubiley münasibətilə xüsusi tədbirlər planı hazırlanıb. Azərbaycan xalqı daim müstəqillik uğrunda mübarizə aparıb, bu yolda çoxlu qurbanlar verib. 2018-ci ilin martında xalqımızın məruz qaldığı soyqırım,  Bakı, Quba, Şamaxı, Qarabağ və digər yerlərdə törədilən kütləvi qırğınlar, 90-cı ilin 20 yanvar qırğını, Xocalı soyqırımı və ermənilərin törətdikləri digər cinayətlər dövlət müstəqilliyimizin qarşısının alınmasına yönəlmişdi. Lakin düşmənlər xalqımızın iradəsini qıra bilmədilər, xalqımız azadlıq uğrunda mübarizəni davam etdirdi və Azərbaycan Xalq Cümhuriyyəti quruldu”.

G.Gəraybəyli qeyd etdi ki, vətənimizin azadlığı uğrunda gedən proseslərdə həkimlər həmişə ön cərgədə olublar. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da aktiv fəaliyyət göstərənlərin 40 faizdən çoxu həkimlər, tibb işçiləri olub. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti tərəfindən ilk dəfə Azərbaycan Xalq Səhiyyə Komissarlığı, ilk Azərbaycan Səhiyyə Nazirliyi yaradılıb. AXC dövründə yaradılan Bakı Dövlət Universitetinin ilk 2 fakültəsindən biri Tibb fakültəsi olub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən yaradılan Bakı Dövlət Universitetinin ilk iki fakültəsindən biri və ən böyüyü Tibb fakültəsi olub. BDU-nun ilk rektoru da həkim olub və onun yaradılmasında da böyük əksəriyyəti tibb alimləri təşkil edib. Sonralar – 1930-cu il mayın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu – indiki ATU yaradılıb.

Professor G.Gəraybəyli bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə yaratdığı əlverişli şərait, sabitlik, iqtisadi inkişaf sosial sahələrin, o cümlədən ATU-nun inkişafına güclü təkan verdi: “1998-2000-ci illərdə ümummilli lider Heydər Əliyev 2 dəfə ATU-da olub, ATU-nun 70 illik yubileyində özü şəxsən iştirak edib. Ulu öndər ATU-nun nəzdində Hərbi-tibb fakültəsini yaradıb və 2001-ci ildə ATU-nun Tədris Stomatoloji Klinikasını təşkil etməklə, onun müasir dövrə uyğun maddi-texniki bazasının əsasını qoyub. Son 15 ildə isə Azərbaycan səhiyyəsi ilə yanaşı, Tibb Universiteti də dünya şöhrətli siyasətçi, ulu öndərin sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı sayəsində inkişaf edərək dünya standartları səviyyəsinə çatıb. Ölkə Prezidenti qısa müddətdə ATU-nun üç böyük klinikasının – Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının tikilib istifadəyə verilməsini təmin edib. Son illərdə cənab Prezident İlham Əliyev və onun xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə ATU-da olublar, bu təhsil, elm və müalicə ocağına yaxından köməkliklər göstəriblər”.

Çıxışının sonunda rektor Gəray Gəraybəyli son illərdə ATU-da çox ciddi islahatların aparıldığını, indinin özündə də bu prosesin davam etdiyini qeyd edib. İndi həm tibb elminin, həm bu sahədə tədrisin yenilənməsinə, universitetin maddi-texniki bazasının yenidən qurulmasına,  istedadlı gənc kadrların və tələbə kontingentinin irəli çəkilməsinə, onların ATU-nun idarəetməsində fəal iştirakı üçün münbit şərait yaradılıb. G.Gərayəbyli dövlətin xüsusi qayğısı nəticəsində bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib. 

Daha sonra elmi-praktik konfrans öz işinə başladı. Konfransın plenar sessiyasında  ATU-nun Mikrobiologiya və immunologiya kafedrasının professoru Akif Qurbanov “Mikroorqanizmlər arasındakı qarşılıqlı münasibətin yeni formasının öyrənilməsi”, Urologiya kafedrasının dosenti Rauf Nağıyev “Urolitiazın müasir müalicəsində laparoskopik ureterolitimiyanın yeri”, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov  “Rəqəmsal cərrahiyyə. Təsəvvürün reallaşması”, Nevrologiya kafedrasının baş lobarantı Kamran Salayev “Güclü tərəflər və çətinliklər anketinin Azərbaycan versiyasının validasiyası” mövzusunda geniş məruzələrlə çıxış ediblər. Konfransın panel sessiyalarında da Düz bağırsağın bədxassəli törəmələrində icra edilmiş total mezorektal eksiziyanın nəticələri, Kəskin əməliyyatdan sonrakı pankreatit və irinli ağırlaşmalar, Təkrari və mürəkkəb tiroidektomiyalarda qayıdan qırtlaq sinirinin  qorunması, Uuşaqlarda residiv verən kriptorxizm xəstəliyi zamanı birləşdirici toxuma displaziyasının rolu və digər aktual mövzularla bağlı məruzə və müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!