21/05/2018 19:07

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9978 0.0273 0.3765


İdmandasan

"Formula-1" pilotlarının sıralama turu keçiriləcək


28.04.2018   11:40


Bakıda "Formula-1" üzrə Azərbaycan Qran Prisinin ikinci günündə azərkeşləri olduqca həyəcanlı yarış gözləyir.

ASAN Radio xəbər verir ki, ikinci yarış günündə "Formula-2" sinfində birinci yarış, "Formula-1" pilotlarının isə üçüncü sərbəst yürüşləri keçiriləcək. Bundan əlavə saat 17:00-da "Formula-1" üzrə yarışlarda sıralama turu keçiriləcək.

Sıralama turuna 10 komandanın heyətində 20 pilot qatılacaq. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edəcək.




Xəbər lenti

21 May













ASAN Radio telefonunuzda
Facebook