18/08/2018 12:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


İdmandasan

Bakıda Formula 1 pilotlarının sonuncu sərbəst yürüşü başlayıb


28.04.2018   14:02


Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.

ASAN Radionun məlumatına görə, yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb. Sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.

Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.




Xəbər lenti

18 Avqust
17 Avqust













ASAN Radio telefonunuzda
Facebook