USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula 1-də rusiyalı pilot qəza törətdi 

Formula 1 üzrə Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüş zamanı qəza baş verib.

ASAN Radionun məlumatına görə, "Uilyams" komandasının rusiyalı pilotu Sergey Sirotkin idarə etdiyi bolidlə 3-cü döngəyə girə bilməyib və maşını təhlükəsizlik divarına çırpıb.

Qəzadan dərhal sonra evakuator dağılmış bolidi trasdan çıxarıb.

Qeyd edək ki, sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.

Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!