USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula-1 Azərbaycan Qran Prisi dünya mətbuatının diqqət mərkəzində

İsveç və Danimarka KİV-ləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisindən yazır.

ASAN Radio xəbər verir ki, İsveçin "Dagens Nyheter", "Aftonbladet", "Expressen", "Boras Tidning", habelə Danimarkanın "Ekstrabladet","Politiken", "Berlingske", "Jyllands-posten" və “Metroxpress” kimi məşhur nəşrləri ölkəmizdə keçirilən Formula 1 yarışları haqqında məqalələrdə və video materiallarda şimali Avropadan olan pilotların Azərbaycan Qran-Prisindən çıxışı və qazanılan nəticələrlə bağlı ətraflı məlumat veriblər. Xəbərlərdə Azərbaycanda baş tutan Formula 1 yarışlarının fanatlara həyacanlı anlar yaşatdığı bildirilir.

Bundan başqa, Rumıniyanın və Bolqarıstanın milli xəbər agentlikləri AGERPRES və BTA, eyni zamanda “hotnews.ro” və “sportal.bg” portalları Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı xəbərlərə geniş yer ayırıblar. Yarışın gedişi, cəlbediciliyi, pilotlar, burada olan yeniliklər barədə məlumatlar, şəkillər və videolar yayıblar.

Həmçinin Çin avtomobil idmanı həvəskarları da Formula 1 Azərbaycan Qran Prisini böyük maraqla izləyiblər.

Çinin kütləvi informasiya vasitələri Formula 1 Azərbaycan Qran prisi haqqında geniş reportajlar yayıblar.

Rəsmi xəbər agentliyi Sinxua ilə yanaşı, Çin Mərkəzi Televiziyasının idman kanalı CCTV5, nüfuzlu idman qəzetləri və portallarından www.lesports.com, www.sports.eastday.com, www.hinews.cn, www.sports.sina.com.cn, www.sports.163.com, www.f1.sports.sohu.com və digər kütləvi informasiya vasitələri Azərbaycan trekinin özünəməxsusluğundan, gərgin keçən mübarizədə “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun qələbəsindən söz açıblar.

Qeyd olunub ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında 7,6 metr təşkil edir.

Çin mətbuatı yazır ki, Bakı treki yarışı tribunadan və televiziya efirindən izləyənlərin şəhərin memarlıq abidələrini görə bilmələrinə imkan yaradıb. Formula 1 Azərbaycan Qran Prisi və Bakı haqqında fotosessiya ilə zəngin olan xəbərlərdə qeyd olunur ki, növbəti illərdə də Bakıda keçiriləcək bu yarış Azərbaycana turist axınının çoxalmasına da müsbət təsir göstərəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!