USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda tikilən çoxmərtəbəli binaların hamısında bundan sonra bağça olacaq

“Rayonlarda, kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin sayı çatışmır. Valideynlər deyirlər ki, mən uşağımı haraya qoyacağımı bilmirəm. Sonra məktəb direktorları da belə uşaqları I sinfə qəbul etmirlər ki, o bağçaya getməyib”.

ASAN Radionun məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Gövhər Baxşəliyeva deyib.

Komitə sədri İsa Həbibbəyli isə qeyd edib ki, bütün uşaqların məktəbəqədər təhsil müəssəsisələrinə getməsi vacib deyil: “Vacib deyil ki, hamı uşağını bağçaya qoysun. Amma işləməyə məcbur olan valideynlər uşaqlarını bağçaya 1 yaşından sonra qoya bilərlər. Regionların hamısında uşaqların 1 yaşından bağçalara qəbul edilməsi üçün üçün imkan yoxdur. Lakin imkanı olan bağçalar uşaqları 1 yaşından qəbul edə biləcəklər ”.

İ.Həbibbəyli qeyd edib ki, “Təhsil haqqında” qanun 2009-cu ildə qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi zəif idi: “Ona görə də o zaman uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi müddəasının qeyd edilməsi düzgün olmazdı. Amma indi şəbəkə genişlənib. Məktəbəqədər təhsil müəssisələrinin sayı artıb. Bundan sonra Bakıda tikilən bütün çoxmərtəbəli binaların hamısının 1-ci mərtəbəsində bağça olacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!