Bu ilin iyun ayının 19-da Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.
Türkiyə KİV-i xəbər verir ki, bu barədə SOCAR-ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qazının TANAP qaz kəməri ilə nəqlinə tədarükünə başlanması mərasimi iyulun əvvəlinə planlaşdırılıb. "İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ötən həftə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş zamanı iyunun 19-da TANAP-ın işə salınması mərasiminin keçirilməsinə dair qərar qəbul olunub”, - deyə V.Əliyev vurğulayıb.
Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində TANAP ilə illik 16 mlrd. Azərbaycan qazı nəql olunacaq. Bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri Avropaya nəql ediləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!