USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Polad Bülbüloğlu "Exo Moskvı" radiosundan Azərbaycan xalqından üzr istəməyi tələb edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Exo Moskvı" radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib.

ASAN Radionun APA-ya istinadla verdiyi məlumata görə, məktub aprelin 28-də "Exo Moskvı" radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu "Kod Dostupa" verilişində jurnalistin Azərbaycanı və azərbaycanlıları təhqir etməsi ilə əlaqədardır.

Səfir məktubunda Y. Latıninanın növbəti dəfə məhdud tarixi biliklərini və ermənilərə simpatiyasını göstərərək tarixi faktları təhrif etdiyini, işğalçını qurban, hərbi cinayətkar olan Serj Sarkisyan və ətrafını isə qəhrəman kimi təqdim etdiyini, 100 il ərzində işğal, soyqırım, etnik təmizləmə kimi beynəlxalq cinayətlərdən əziyyət çəkən Azərbaycan xalqını bütün günahlarda ittiham etdiyini vurğulayıb: “Aydındır ki, Yuliya Latınina tərəfindən canlı efirdə deyilən fikirlər onun qərəzli və qeyri-peşəkarlığının təzahürüdür və faktları təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq yolu ilə narahat Ermənistan cəmiyyətini real əhval-ruhiyyədən yayındırmaq üçün Rusiya auditoriyasını çaşdırmaq məqsədi daşıyır".

 P. Bülbüloğlu Y. Latıninanın jurnalistika etikasının bütün sərhədlərini pozduğunu, reallıq hissini itirdiyini, öz hüquqi və vətəndaşlıq məsuliyyətini unudaraq auditoriyaya müraciətində Azərbaycan cəmiyyətini "ruhən xəstə" adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlətdiyini vurğulayıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 10 milyonu Azərbaycandadır. Unutmaq lazım deyil ki, Rusiyanın özündə 2 milyona yaxın azərbaycanlı yaşayır və onların yarım milyonu Moskvada məkunlaşıb. Bu statistikanı nəzərə alaraq “Exo Moskvı” radiosunun böyük Rusiya Federasiyasında yaşayan Azərbaycan auditoriyasını özünə qarşı kökləməkdə maraqlı olduğunu düşünmürəm. Birinci dəfə deyil ki, Y. Latınina "Exo Moskvı" radiosunun çoxmilyonlu auditoriyasında istifadə edərək Azərbaycan xalqını alçaldır, Rusiya cəmiyyətində nifrət əhval-ruhiyyəsi formalaşdırır”.

 Səfir A. Venediktovdan baş vermiş hadisə ilə bağlı lazımı tədbirləri görməyi xahiş edib: “Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!