USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət başçısı Tokay Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev başqa olmaqla, dövlət və hökumət, mədəniyyət nümayəndələri Xalq rəssamı Tokay Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

ASAN Radionun Azərtac-a istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat edib.

Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil alıb.

Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışıb. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə “Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləyib. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professoru olub.

Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutmuş, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərib. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazıb. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirib. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.

Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanmış, ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Sənətkarın dünyanın bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan mədəniyyətinin şöhrətini daha da artırıb.

Tokay Məmmədov heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər göstərib. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynamış, onların peşəkarlığının təşəkkülündə böyük əhəmiyyət kəsb edib. Tokay Məmmədovun 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyəti də təqdirəlayiq olub.

Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Fərhad Xəlilov

Tahir Salahov

Ömər Eldarov

Ağəli İbrahimov

Salxab Məmmədov

Altay Hacıyev

Fazil Nəcəfov

Fuad Salayev

Arif Hüseynov

Xanlar Əhmədov

Nazim Bəykişiyev

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!