USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
II İmagine Avro Tolerantlıq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib

Bakıda II İmagine Avro Tolerantlıq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.

ASAN Radionun xəbərinə görə, konfransda iştirak edən Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin səfiri Kestutis Yankauskas festivalın tolerantlıq, multikulturalizm kimi dəyərləri özündə birləşdirdiyini deyib.

Onun sözlərinə görə, gələn il də festivalın keçirilməsi bu ilki uğurdan asılı olacaq: "Bu işdə jurnalistlərin dəstəyinə ehtiyacımız var. Bu festival Avropa İttifaqı ilə sizin ölkəni birləşdirmək üçün bir vasitədir. Bildiyiniz kimi, bu il Aİ-ə üzv olmayan 10 ölkə də festivalda iştirak edəcək. Yaxın iki həftə ərzində festival çərçivəsində təşkil ediləcək  bütün proqramlarla tanış olacaqsınız".

Festivalda iştirak edən Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakov isə bildirib ki, ötən dövr ərzində Latviya film sənayesini çox yaxşı inkişaf etdirib: "Latviya film sahəsində müxtəliflik və multikulturalizm təcrübəsini digər ölkələrlə bölüşmək istəyir. Biz Azərbaycan cəmiyyətini bu festivalda görmək istəyirik".

Konfransda çıxış edən Perunun Azərbaycandakı səfiri Luis Çanq Boldri də bu festivalda iştirakla bağlı ikinci dəfə dəvət aldıqları üçün qürur duyduqlarını deyib: " Avropa İttifaqına üzv olmasaq da, öz marağımızı göstəririk, eyni düşüncəni, eyni dəyərləri bölüşürük. Festival çərçivəsində Perunun bir filmi nümayiş olunacaq və bizim dəstəyimizlə iki musiqiçinin bura gəlməsi təşkil edilib. Muğam mərkəzində onların konserti olacaq. Biz özümüzü festivalın bir hissəsi hiss edirik və bu da tolerantlığın bariz nümunəsi olacaq".

Konfransın digər iştirakçıları da festivalın ölkənin həm iqtisadi, həm də incəsənət baxımdan inkişafına töhfə verəcəyini bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!