USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət”də “Azərişıq” ASC-nin daha 2 xidməti yaradıldı

“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub.

 

ASC-dən ASAN Radioya verilən məlumata görə, bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.

 

“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsi göstərdiyi xidmətlərin sayı 11-dən 13-ə çatıb.

 

Məlum olduğu kimi Nazirlər Kabineti “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərar verib. Bununla da, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sözsüz ki, sahibkarların işini daha da asanlaşdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!