USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində festival qalibləri mükafatlandırılıb

Mayın 3- də Beynəlxalq Muğam Mərkəzində III Buktreyler festivalının  qalibləri mükafatlandırılıb.

ASAN Radio xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.

Festival 2016-cı ildən keçirilir və beynəlxalq kitab gününə və müəlliflik hüququna həsr olunub.Hər il festivalda iştirak etmək istəyənlərin sayı artır. Festival çərçivəsində kitab həvəskarları tərəfindən çəkilən 3 dəqiqəlik filmlər arasında ən yaxşıları münsiflər heyəti tərəfindən  seçilmiş və final mərhələsinə keçmişdir.

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, kino sahəsində istetadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Tədbirdə ilk olaraq Azərbaycan Buktreyler festivalının təşkilatçısı,  kinoaktyor Ruslan Sabirli, Libraf PR və Marketinq direktoru Ülviyyə Allahverdiyeva, Azercell Korporativ sosial məsuliyyət üzrə sorumlu Sahilə İbrahimova çıxış edərək,  festivalın gənc rejissorlar üçün ilk uğurlu addım olduğunu, həmçinin cəmiyyətdə kitaba böyük maraq yaratmaq üçün bir vasitə olduğunu bildirib.

Festivalın münsiflər heyətinə tanınmış mədəniyyət xadimləri - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, kino rejissor, ssenarist, Xalq artisti  Oqtay Mirqasımov, ssenarist ,Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin təbliği və qeydiyyatı bölməsinin müdiri, Əməkdar Mədəniyyət işçisi Yusif Şeyxov, Əməkdar artist, kino və teatr aktrisası Mehriban Zəki, aparıcı, Əməkdar artist  Murad Dadaşov daxil ediliblər.

Daha sonra qaliblərin mükafatlandırılma mərasımi başladı.III  Festivalın qalibi “Kitab və qutab” buktreylerinin müəllifi Tural Kərimov ,Firdovsi Nəbiyev “Şahid” kinoişinə və Cavad Nuriyev “İkimizin hekayəsi” buktreylerə görə ikinci yerə,Sərdar Nağıyev “Almafobiya”,Bünyamin Sailov “Can nənə,bir nağıl de” və Eynulla Ağadadaşov “Bulud bağçaları” işinə görə üçüncü yerə layiq görülüblər.Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Tədbirin bədii hissəsində Əməkdar artist, tanınmış xanəndə Fərqanə Qasımova çıxış edib.

Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir gurultulu alqışlarla ilə başa çatıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!