USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnam Kərimov rayonlarda görüşlər keçirib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 4-də rayonlarda Nazirliyin yerli qurumları, özəl məhsul istehsalçıları və fermerlərlə görüşüb.

ASAN Radio xəbər verir ki, mayın 4-də Kənd Təsərrüfatı naziri İnam Kərimov Ucar rayonunda Nazirliyin dəstəyi ilə tikilməkdə olan Ucar Pambıq Emalı Zavodu ilə tanış olub. Nazirə məlumat verilib ki, zavodun illik emal gücü 40 min ton olacaq. Burada eyni zamanda 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsalı üçün müəssisələrin tikintisi və avadanlıqla təchiz olunması tədbirləri həyata keçirilir. İlin sonuna qədər zavodda işlərin yekunlaşdırılması və tam gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulur. Nazir eyni zamanda “Aqrolizinq”ASC-nin  Ucar Təchizat  Bazasında olaraq, orada  olan texnikaların mövcud vəziyyəti və lizinq yolu ilə məhsul istehsalçılarına verilməsi prosesi ilə tanış olub.

Nazir tikintinin gedişi ilə tanış edilib, tapşırıq və tövsiyələrini verib. Tikintidə çalışan Çin mütəxəssisi inşa olunan Ucar Pambıq Emalı Zavodunun 80%-nin montaj və qurğularının quraşdırıldığını və yaxın günlərdə binanın tam istifadəyə veriləcəyini söyləyib.

Daha sonra nazir İnam Kərimov Ucar rayonunun rayonlararası təchizat bazasında olub, bazada lizinq yolu ilə fermer və sahibkarlara verilən kənd təsərrüfatı texnikalarına baxış keçirib. O, həmçinin bazada gübrə ambarında saxlanılan mineral gübrələrin keyfiyyəti ilə də maraqlanıb.

Nazir təchizat bazasında bir qrup mexanizatorla görüşüb onların problemləri ilə maraqlanıb və qarşılarına çıxan çətinliklərin aradan qaldırılması üçün onların təkliflərini dinləyib.

Nazir aqrolizinq tərəfindən keçirilən səyyar müşavirələr, toplantılar və ya iclaslarda bölgələrdən fermerlərin dəvət olunmasını və onların istək və arzularını nəzərə alaraq, operativ tədbir görülməsi barədə nazirliyin müvafiq qurumlarına tapşırıq verib. 

Kənd Təsərrüfatı naziri İnam Kərimov Qax rayonunda kümçülərlə görüşüb. Görüşdən əvvəl nazir fermerlərin tütün şitillərini sahəyə köçürməsi prosesi ilə tanış olub və tütünçülərin qayğıları ilə maraqlanıb. Daha sonra nazir ipəkqurdunun paylanması prosesində iştirak edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və  Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər barama istehsalının 6000 tona çatdırılması nəzərdə tutulub.

Nazir qeyd edib ki, Dövlət Başçısının tapşırıqlarının icrası ilə əlaqədar  Nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində  2017-ci ildə  ölkədə 245 ton yaş barama istehsal olunub və baramaçılığın yem bazasının formalaşdırılması məqsədilə 2.5 milyon tut (çəkil) tingləri tədarük olunaraq, baramaçılıq rayonlarında Çin texnologiyası əsasında  intensiv bağlar salınıb. Proqramın  icrası ilə əlaqədar  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb və cari ildə Çin Xalq Pespublikasından müqavilə əsasında 13000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb. Respublikamızın iqlim şəraiti nəzərə alınaraq, toxumlar iki mərhələdə ölkəmizə gətirilib. 

Bu gün ikinci mərhələdə inkubasiyadan çıxmış 6000 qutu ipəkqurdu dağlıq və dağətəyi zonada yerləşən 15 rayonun kümçülərinə əvəzsiz olaraq paylanıb. Bu il ölkəmizdə 450-500 ton yaş barama istehsalı nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 2 dəfə çoxdur.

Nazir İnam Kərimov ipəkqurdu qutularını təqdim edərkən nazirliyin kənd təsarufatı idarələrinin nümayəndələrinə tapşırıb ki, qutuları kümçülərin evlərinə şəxsən aparıb təhvil versinlər, onları idarəyə dəvət etməsinlər və istənilən ünvana çatdırsınlar.

“Kənd Təssərrüfatı Nazirliyinin hər bir nümayəndəsi fermer və sahibkarlarımızı dinləməyi bacarmalı və onların qayğısına qalmalıdır”, - deyə nazir bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!