USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: Kənd təsərrüfatı idarələrinin nümayəndələri ipəkqurdlarını kümçülərin evlərinə şəxsən çatdırmalıdırlar

Qax Damazlıq İpəkçilik Stansiyası istifadəyə verildikdən sonra xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq

Prezident İlham Əliyevin tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə, kəndlilərə yaxınlıq, onların yanında olmaq, qayğısını dinləmək prinsipləri əsasında qurur. Məhz bu məqsədlə bu gün bir neçə rayonda olduq, fermerlərlə görüşdük, onların qayğıları ilə maraqlandıq. Baramaçılığın, ipəkçiliyin inkişafı bu gün kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu məqsədlə xüsusi Dövlət Proqramı qəbul olunub. 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının əsas hədəfi ölkədə yaş barama istehsalını 6 min tona çatdırmaqdır.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdlarının paylanılması prosesi zamanı jurnalistlərə müsahibəsində deyib.

Bu il Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılmasının hədəf olaraq qarşıya qoyulduğunu qeyd edən nazir bu sahədə nazirliyin əlaqədar qurumlarının üzərinə ciddi vəzifələrin düşdüyünü bildirib. “Rayonların kənd təsərrüfatı idarələrinin nümayəndələrinə tapşırdıq ki, ipəkqurdlarını kümçülərin ünvanlarına, evlərinə şəxsən aparıb çatdırsınlar, onları idarələrə dəvət etməsinlər”, - deyə nazir İnam Kərimov əlavə edib.

Əsas qayğılardan birinin də texnoloji yeniliklərlə, innovasiyalarla bağlı olduğunu vurğulayan nazir tezliklə kənd təsərrüfatının bütün sahələrində, o cümlədən ipəkçilik sahəsində fermerlərlə, kümçülərlə maarifləndirici kursların, treninqlərin keçiriləcəyini diqqətə çatdırıb.

“Aqrolizinq” ASC-nin gələcək fəaliyyəti ilə bağlı sualları cavablandıran İnam Kərimov deyib: “Hazırda bu qurumda əsaslı dəyişikliklər baş verib. “Aqrolizinq” ASC bundan sonra yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək. Burada düzgün idarəçiliyin bütün prinsiplərinin, o cümlədən şəffaflıq, hesabatlılıq, səmərəlilik prinsiplərinin tətbiqi tam təsbit ediləcək. “Aqrolizinq” ASC də digər kənd təsərrüfatı strukturları kimi, öz fəaliyyətini daim fermerlərin və kəndlilərin yanında olmaq prinsipi əsasında quracaq”.

Nazir bildirib ki, Qax Damazlıq İpəkçilik Stansiyası iki aydan sonra tam istifadəyə veriləcək. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!