USD - 1.7 EUR - 1.9515 RUB - 0.0254 TRY - 0.3115 DAHA ÇOX
SON DƏQİQƏ
AMAL layihəsinə müraciətlər fevralın 15-dək qəbul olunacaq Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda siqaretin qiyməti artırılmalıdır İranın Baş Qərargah rəisi Azərbaycana gəldi  Nigar Həsənzadənin "Запястья" kitabının təqdimatı baş tutacaq - Eksklüziv müsahibə Bu gün nazirlər Parisdə görüşəcək
“Sevdiyim” layihəsinə start verildi

Ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə “Sevdiyim” layihəsinə start verilib. 

Layihə tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik,  azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədi ilə həyata keçirilir. 

Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib.  Əsərin bəstəkarı və ifaçısı Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür. Tezliklə klip ictimaiyyətə təqdim olunacaq və layihə müddətində müxtəlif tədbirlər həyata keçiriləcək.  

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və ölkə xaricində silsilə tədbirlər həyata keçirilir.  

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio