USD - 1.7 EUR - 1.9515 RUB - 0.0254 TRY - 0.3115 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan millisinin futbolçusu Almaniyada mövsümün ən yaxşı transferlərinin “onluğ”una düşüb AMAL layihəsinə müraciətlər fevralın 15-dək qəbul olunacaq Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda siqaretin qiyməti artırılmalıdır İranın Baş Qərargah rəisi Azərbaycana gəldi  Nigar Həsənzadənin "Запястья" kitabının təqdimatı baş tutacaq - Eksklüziv müsahibə
Peru və Azərbaycan musiqiçilərinin möhtəşəm konserti keçirilib

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Perudan gəlmiş etnik musiqiçilər Karl Struyf və Aleksandro Riva "Charango meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər.

ASAN Radio xəbər verir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.

2-ci "IMAGINE"  Avro Tolerant Təsviri incəsənət festivalı may ayının 2-dən 17-nə qədər davam edəcək. Festival çərçivəsində musiqili çıxışlar, ustad dərsləri, teatr, film nümayiş olanacaqdır.

"Charango meets mugham" adlı konsertdə Karl Struyf (çarango) və Aleksandro Riva  (gitara) İspandilli ölkələrin Latın Amerikan musiqisində mahnıları ifa etdilər.

Konsertdə həmçinin  Əməkdar artistlər tarda Sahib  Paşazadə ,kamançada Toğrul Əsədullayev,eləcə də istedadlı xanəndə Nisbət Sədrayevanın birlikdə ifaları gecəyə rəng qatıb.

Konsert dövlət qurumlarının  və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki mayın 6- da festival çərçivəsində baş tutacaq "Rembetiko meets Mugam" adlanan konsertdə isə adı çəkilən Azərbaycan musiqiçiləri Yunanıstandan gəlmiş etnik ifaçılar ilə birlikdə çıxış edəcəklər. Konsert saat 20:00-da başlayır.

Biletlər şəhərimizin kassalarında, “Asan Xidmət” mərkəzlərinin kassalarında və iticket.az saytında satılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio