USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnam Kərimov: “Ağdam atçılıq təsərrüfatının fəaliyyəti yenidən təşkil ediləcək”

“Ağdam Atçılıq təsərrüfatı sentyabr ayından başlayaraq dünya standartlarına uyğun fəaliyyət göstərəcək”.

Bunu ASAN Radionun açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. “Ağdam atçılıq təsərrüfatı ilə tanış oldum. Dövlət başçısının göstərişi ilə atçılıq təsərrüfatının inkişafı üçün investisiya qoyuluşu təmin edilir. Bu ilin sentyabr ayınadək təsərrüfatda atların sayının artırılması, onlara qulluq və Qarabağ at cinsinin ən yüksək səviyyədə yetişdirilməsi üçün şərait yaradılacaq“, - deyə nazir söyləyib.

İ. Kərimov ölkə ərazisində fəaliyyət göstərən iri və xırdabuynuzlu dövlət təsərrüfatlarında da yenidənqurma işlərinin aparılacağını bildirib. O, xaricdən gətirilən toxumların qiymətinin baha və məhsulun keyfiyyətinin aşağı olmasından narazı qalan fermerlərin bu narahatlığına son qoyulacağını vurğulayıb: “Məhsuldarlığın artırılmasında əsas şərtlərdən biri keyfiyyətli toxumla təmin edilməkdir. Bizim toxum fondumuz var, əsas məqsədimiz bu prosesi yenidən revizə etməkdir. Çalışacağıq ki, Azərbaycan istehsalı olan toxumlar yaradaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!