USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyevaya Moskva Dövlət Iqtisadi Humanitar Universitetinin "fəxri professor"u adı verilib

Heydər Əliyev fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevaya Moskva Dövlət İqtisadi Humanitar Universitetinin "fəxri professor"u adı verilib. "Fəxri professor" diplomunu Leyla Əliyevaya universitetin rektoru Vaqif Bayramov təqdim edib.

Tədbirdə çıxış edən rektor Vaqif Bayramov Leyla Əliyevanın 9 il əvvəl bu universitetin qonağı olduğunu söyləyib: "Ali təhsil ocağının 20 illiyində Leyla xanım Əliyevanın təşəbbüsü ilə kompyuter otağı müasir texnologiyalarla təchiz olunub, linqvistika otağına yeni avadanlıqlar hədiyyə edilib. Universitetdə təhsil alan azərbaycanlı tələbələr Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləridi. Tələbələrimiz AMOR-un təşkil etdiyi tədbirlərdə iştirak edirlər".

Leyla Əliyeva isə çıxışında ona göstərilən diqqətə görə təşəkkür edib. O, Moskva Dövlət İqtisadi Humanitar Universitetinin Bakıda filialının açılmasını arzu etdiyini söyləyib.

Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirlərdən birini səsləndirib və tələbələrin suallarını cavablandırıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!