21/05/2018 19:14

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9978 0.0273 0.3765


Dövlət qurumları

Azərbaycan Avropa Parlamenti ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır


07.05.2018   15:08


Mayın 7-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

ASAN Radio xəbər verir ki, spiker Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin ölkəmiz ilə Avropa Parlamenti arasında əlaqələrin bərpa olunmasına öz töhfəsini verdiyini deyib. Bildirib ki, Azərbaycan Avropa Parlamenti və onun qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və bu istiqamətdə öz səylərimizi əsirgəmirik. Bu cür qarşılılıqlı səfərlərin, görüşlərin böyük əhəmiyyəti var.

Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Avropa Ittifaqı arasında əməkdaşlıq ortaq dəyərlərə söykənməlidir. Bu əlaqələrin hərtərəfli genişlənməsində hər iki tərəf maraqlıdır. Bu marağımızın bariz nümunəsi isə 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan Prezidentinin iştirakidır.

Oqtay Əsədov bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ümumiyyətlə, Şərq Tərəfdaşlığı üzrə Azərbaycan və Ukrayna Avropa ittifaqı üçün ən əsas ticari tərəfdaşlardır. Azərbaycan, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın ortaya qoyduğu siyasi iradə ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də yekunlaşmaqda olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.

Azərbaycan və Avropa İttifaqı ölkələri arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən O.Əsədov parlamentlər arasında əlaqələrin də bu cür səviyyənin arzuedilən olduğunu deyib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim bildirib ki, iki il əvvəl Milli Məclisdə baş tutan görüşdən sonra əlaqələrdə böyük irəliləyiş əldə olunub. Aİ ilə Azərbaycan arasında hazırda hərtərəfli saziş üzərində danışıqlar davam etdirilir və bu iki il ərzində görülən işlərin böyük əhəmiyyəti var ki, danışıqlar daha asan keçirir. Biz Azərbaycanla münasibətdə hər zaman açıq dialoqa hazırıq. Sevindirici haldır ki, Azərbaycan da eyni mövqedədir.




Xəbər lenti

21 May













ASAN Radio telefonunuzda
Facebook