USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib

Mayın 6- da Beynəlxalq Muğam Mərkəzində Yunanıstandan  gəlmiş etnik  musiqiçilər  Makis Stamoulis və Kostas  Spiropoulis "Rembetiko  meets Mugam"  adlı möhtəşəm konsertlə çıxış ediblər.

ASAN Radio xəbər verir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.

Xatırladaq ki,bundan əvvəl Mərkəzdə Perudan gəlmiş etnik musiqiçilərin konserti olmuşdur ki,tamaşaçılar iştirakçıları sürəkli alqışlarla qarşılamışdılar.

Tədbirin rəsmi hissəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərliyinin birinci müşaviri Denis Daniilidis çıxış edərək  Yunanıstan tarixinin, musiqi və mədəniyyətinin  zəngin olduğunu bildirib. Azərbaycan və yunan musiqilərini  bir araya gətirmək olduqca maraqlı hadisədir- deyə  Denis Daniilidis vurğulayıb. 

Rembetiko - musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda "rembetiko" deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər."Rembetiko" stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı həm də cavan nəsil tərəfindən sevilir.

"Rembetiko  meets Mugam"  adlanan konsertdə Makis Stamoulis və Kostas  Spiropoulis qədim yunan mahnılarını ifa ediblər.

Yunan musiqiçiləri ilə Əməkdar artistlər  Sahib  Paşazadə(tar),Toğrul Əsədullayev(kamança) və  istedadlı xanəndə Nisbət Sədrayevanın  birlikdə ifaları gecəyə xüsusi rəng qatıb.

Konsert dövlət qurumlarının  və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!