USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rusiya Federasiyasının bir qrup Ədliyyə əməkdaşı Qəbələ "ASAN xidmət" mərkəzində

7 may 2018-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı Qəbələ regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. 

ASAN Radio xəbər verir ki, nümayəndə heyətini qarşılayan Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşları Fərəc Adıgözəlov və Fədai Ziyəddinov qonaqlara “ASAN xidmət” mərkəzlərin iş prinsipləri, həyata keçirilən sosial aksiya və layihələr haqqında geniş məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Qəbələ regional “ASAN xidmət” mərkəzinin inzibati binası, mərkəzdə fəaliyyət göstərən dövlət orqanı əməkdaşları, eləcə də könüllü fəaliyyəti ilə məşğul olan gənclərlə yaxından tanış olub, mərkəzin notariusları ilə nəzəri və təcrübi fikir mübadiləsi aparıblar. Bundan əlavə qonaqlar exit poll rəy sorğusu, elektron şikayət köşkü, “ASAN ödəniş” terminalları ilə də tanış olublar.

Sonda Rusiya Federsiyasından olan bir çox notarius Mərkəzin Notariat xidməti tərəfindən həyata keçirilən praktiki bilikləri öz ölkələrində də tətbiq edəcələrini bildiriblər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!