USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Los Ancelesdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib. Aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün gün ərzində süfrə açılaraq, 500-dən çox insana isti yeməklər paylanılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ASAN Radioya verilən məlumata görə, tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Qeyd edək ki, Los Anceles ABŞ-da ən çox evsiz-eşiksiz insanların yaşadığı ikinci ən böyük şəhərdir. Hesablamalara görə, bu şəhərdə 60 minədək evsiz-eşiksiz insan var ki, bu da Los Anceles üçün ciddi problemlər yaradır.

Aksiyadan öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb. Görüş zamanı H.Smit rəhbərlik etdiyi təşkilatın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Baş Konsulluq tərəfindən təşkil olunmuş xeyriyyə aksiyasına ev sahibliyi etməsindən məmnunluq duyduğunu, bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Azərbaycan ilə yaxından tanış olduğunu vurğulayan H.Smit, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. H.Smit həmçinin vurğulayıb ki, bu gün Azərbaycan yoxsul və kimsəsiz insanlara qucaq açaraq, onlara isti münasibət və qayğıkeşlik göstərir və bir çoxlarına gözəl bir nümunə olur.

Öz növbəsində baş konsul N.Ağayev, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini, onun əvəzsiz xidmətlərinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!