Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, V. Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.
Rusiya lideri Gürcüstan və Ukrayna liderlərini təbrik etməsə də, Kremlin saytında bu ölkələrin vətəndaşlarına təbrik mətni yer alıb.
Təbrikdə Putin Qələbə gününün bəşəriyyəti faşizmdən xilas etmək uğrunda müqəddəs tarixin, xalqlarımızın birliyinin və qəhrəmanlığının simvolu olduğunu vurğulayıb. Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!