USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənilər azərbaycanlılardan üzr istədi

Azərbaycanlı və erməni idmançılar arasında dava

Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri şəhərdə baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər. Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun  (UABD) sədrinin birinci müavini Murad Cəfərov məlumat verib.

Lvov vilayətinin polis idarəsinin akt zalında keçirilən brifinqdə Ukraynadakı Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri iştirak ediblər. 

Erməni diasporunun sədri Nikolay Koçaryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.

“Nikolay Koçaryan bir daha belə hallar baş verməyəcəyini deyib”, - deyə Məcid Nuxiyev bildirib.

Azərbaycan nümayəndəsi isə deyib ki, Ukrayna bizim ikinci vətənimizdir.”Burada bizim övladlarımız yaşayır. Etnik zəmində provakasiya qurmağa nə ehtiyac, nə də zərurət var”.

Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!