USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaşinqtonda Heydər Əliyevə həsr olunan “Unudulmaz” filmi təqdim edilib

Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirib. Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

 

ASAN Radio xəbər verir ki, mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb, Ulu Öndərin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.

 

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirməsi istiqamətində gördüyü işlərə toxunan səfir ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan söz açıb.

 

Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb. Bu xüsusda Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü münasibətilə səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng güllər və çiçəklər əkilərək Ulu Öndərin əziz xatirəsi bir daha yad edilib. Beləliklə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.

 

Güllərin əkilməsi mərasiminin ardınca səfirliyin inzibati binasında “Lider” televiziyası tərəfindən ərsəyə gələn “Unudulmaz” filminin Amerika Birləşmiş Ştatlarında təqdimat mərasimi keçirilib. Bu, ulu öndər Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandıran sənədli filmdir.

 

“Lider” televiziyasının və Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində diplomatik korpus, ictimaiyyət nümayəndələri, həmyerlilərimiz, media təmsilçiləri iştirak ediblər.

 

Filmin özəlliyi onun Heydər Əliyev barəsində geniş auditoriyaya məlum olmayan, bir çox qürurverici, duyğulandırıcı xatirələri canlandırmasıdır. Ekran əsərinin ssenari və ideya müəllifi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir.

 

O, çıxış edərək bildirib ki, filmin ABŞ-da təqdim olunması böyük əhəmiyyət kəsb edir. E.Niftəliyev ümummilli lider Heydər Əliyevin ömrünün son dövrünü məhz burada, Amerika Birləşmiş Ştatlarında keçməsindən, eyni zamanda, ABŞ-la Azərbaycan arasında uğurlu əməkdaşlığın, strateji əlaqələrin təməlinin məhz Ulu Öndər tərəfindən qoyulmasından bəhs edib.

 

Səfir Elin Süleymanov öz növbəsində ümummilli lider Heydər Əliyevin Klivlend klinikasında müalicə aldığı zamanlarda nə qədər güclü və vətənə bağlı bir insan olmasının bir daha şəxsən şahidi olduğunu bildirib.

 

ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələrinin əks olunduğu ekran əsərində, eyni zamanda çox qiymətli və nadir arxiv kadrlarından da istifadə edilib. Ekran əsəri milli lider Heydər Əliyev irsinin araşdırılmasında yeni səhifə, qiymətsiz videomaterialdır. Xatırladaq ki, ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının paytaxtında təqdim olunan “Unudulmaz” sənədli filminin təqdimat mərasimləri bundan öncə Bakıda, Daşkənddə gerçəkləşib. ABŞ-dan sonra isə filmin təqdimatının Türkiyənin paytaxtı Ankarada həyata keçirilməsi nəzərdə tutulur.

 

“Unudulmaz” filmi tədbir iştirakçılarında böyük və xoş təəssürat yaradıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!