USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fuad Ələsgərov: Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq

Bu gün Azərbaycan Ordusu müasir silahlarla tam təmin edilib və Ali Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqları yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına malik ordudur.

ASAN Radionun məlumatına görə, bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Ümummilli Lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" adlı layihənin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: "Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndidə dalğalanacaq".

F.Ələsgərov bildirib ki, Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına 70 il sonra sahib çıxıb:

"Artıq 28 ildir ki, Azərbaycan dövlətinin bayrağı enmədən dalğalanır. Bu bayraq bu gün regionda aparıcı dövlətə çevrilmiş güclü Azərbaycan dövlətinin bayrağıdır. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı Ümummilli Liderə borcludur. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan MDB-nin ən güclü ölkəsinə çevrildi, dövlət quruculuğu uğurla aparıldı, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün dünyanın aparıcı neft şirkətləri ilə müqavilə imzalandı".

Prezidentin köməkçisi bu gün Azərbaycanda aparılan siyasətin nəticəsi olaraq ölkədə ictimai-siyasi sabitliyin hökm sürdüyünü də söyləyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!