USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Sevdiyim" layihəsinin təqdimatı olub

11 may 2018-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.

Fuad Ələsgərov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiqlənib: "Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Azərbaycan Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq Azərbaycan xalqı müstəqillik bayrağını daim öz qəlbində yaşatmış və 70 il sonra bir daha sahib çıxmışdır.  1990-ci ilin noyabrında Naxçıvan Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul olundu”.

Prezidentin köməkçisi qeyd edib ki, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz uğurlu inkişaf yolu keçdi. Azərbaycanda siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi uğurla aparıldı, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutub və bu gün Heydər Əliyevin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir Azad Rəhimov çıxışında deyib ki, 2018-ci il çox mühüm hadisələrlə əlamətdardır. Bunlardan biri də ulu öndər Heydər Əliyevin 95 illiyi və  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyidir.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutduğunu vurğulayıb: “İkinci dəfə müstəqillik qazanandan sonra ulu öndər Heydər Əliyev dövlətimizin AXC-nin taleyini yaşamasına imkan vermədi. Hər kəsi bir bayraq altında birləşdirə bildi. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib”.

Çıxışlardan sonra görkəmli şair, dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında hazırlanmış və  yüzillik tariximizin əks olunduğu klip təqdim olunub.

Əsərin bəstəkarı və ifaçısı Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, klipin rejissoru isə Ülviyyə Könüldür. Tədbirin bədii hissəsində əməkdar artist Tünzalə Ağayevanın ifasında  vətərpərvərlik mahnıları səsləndirilib.

Qeyd edək ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir və layihə müddətində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!