21/08/2018 21:25

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Birjadasan

Bu ərazilərdə hərəkət məhdudlaşdırılacaq


12.05.2018   13:19


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 12 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

ASAN Radionun məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Tam məhdudlaşdırma həmin hissələrdə olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrdə isə məhdudlaşdırma qismən tətbiq olunacaq.

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook