23/10/2018 18:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


Mədəniyyət

“Sevdiyim” layihəsinin növbəti təqdimatı Masallıda!


14.05.2018   10:44


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin bölgələrdə təqdimat mərasimlərinə start verilir.

ASAN Radio xəbər verir ki, ilk konsert mayın 15-də Masallı "ASAN həyat" kompleksində baş tutacaq.

Proqramda görkəmli şair, dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunacaq. Ardınca əməkdar artist Tünzalə Ağayevanın konserti keçiriləcək.

“Sevdiyim” əsərinin bəstəkarı və ifaçısı əməkdar artisti Tünzalə Ağayeva, klipin rejissoru isə əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. 

Bundan başqa masallılar, eləcə də cənub bölgəsinin sakinləri ASAN Radionun dj-lərinin super ifalarını da dinləyə biləcəklər.

Xatırladaq ki, 11 may 2018-ci il tarixində Bakıda Nizami kino mərkəzində “Sevdiyim” layihəsinin ilk təqdimat mərasimi keçirilib. “Sevdiyim” şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip ilk dəfə təqdim olunub.

Qeyd edək ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir və layihə müddətində digər "ASAN həyat" komplekslərində də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Növbəti təqdimat mərasimlərinin 22 may tarixində Mingəçevir, 24 may tarixində isə Quba "ASAN həyat" komplekslərində keçirilməsi planlaşdırılır.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook