Bu gün ABŞ-ın İsraildəki səfirliyi Tel-Aviv şəhərindən Qüds (Yerusəlim) şəhərinə köçürülür.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün saat 17.00-da səfirliyin rəsmi açılış mərasimi keçiriləcək.
ABŞ prezidenti Donald Tramp mərasim iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcək. Tədbirdə iştirak edən ABŞ nümayəndə heyətinə D. Trampın qızı İvanka, kürəkəni Jared Kuşner, maliyyə naziri Stiven Mnuçin daxildir.
ABŞ nümayəndə heyəti açılış mərasimindən əvvəl İsrail Xarici İşlər Nazirliyində keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən İsrail baş naziri Binyamin Netanyahu prezident Trampın ABŞ səfirliyini Tel-Avivdən Qüdsə (Yerusəlim) köçürmək barədə qərarını tərifləyib və bunun “cəsur bir qərar” olduğunu bildirib
Bu gün fələstinlilərin böyük etiraz aksiyası keçirəcəyi gözlənilir. Fələstinlilər Şərqi Qüdsü müstəqil Fələstin dövlətinin gələcək paytaxtı sayırlar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!