21/05/2018 19:15

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9978 0.0273 0.3765


ASAN xəbər

Elmar Məmmədyarov: “Məcburi köçkünlərin geri qayıtması vacibdir”


14.05.2018   14:37


“Dünyada məcburi köçkünlərin miqyasını nəzərə alaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayı 41 milyona çatdığı bir dönəmdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir və biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək vardır”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir:

 

“Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir, belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozaraq Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal etməsi nəticəsində yaranmışdır. Hal-hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin 1/10-dən artıqdır”.

 

Nazir əlavə edib ki, məcburi köçkünlərin böyük miqyasına baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyiş əldə edib. Belə ki, son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub ki, bu da onlar arasında yoxsulluq və işsizliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib: 

 

“Biz unutmamalıyıq ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir. Təəssüf ki, bizim vəziyyətimizdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən onilliklərlə yaşı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq yardımlara baxmayaraq bu, hələ də qeyri-mümkündür. Eyni zamanda, qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər olduğunu vurğulamalıyam”.

 

E.Məmmədyarov qeyd edib ki, hətta öz ərazisində geniş miqyaslı və uzunmüddətli məcburi köçkün probleminin olmasına baxmayaraq, Azərbaycan beynəlxalq ictimaiyyətin təcili humanitar böhran vəziyyətlərini həll etmək və dünyanın müxtəlif yerlərində davamlı cəmiyyətlərin qurulması səylərini dəstəkləyir: “Bu gün təxminən dünyanın 40 ölkəsində yaşayan insanlar, o cümlədən Yəmən, Fələstin və İordaniyadakı suriyalı qaçqınlar Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin humanitar yardımından faydalanırlar. Müxtəlif dinlərin və məzhəblərin sülh və harmonik mövcudluğunun əsrlər boyu davam edən ənənələri ilə zəngin bir ölkə olaraq Azərbaycan BMT Baş katibinin 72/488 saylı hesabatında qeyd edildiyi kimi Bakı Prosesi vasitəsilə həm regional, həm də dünya səviyyəsində güclü və əsil mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasına çox sərmayə qoymuşdur. 

 

Aydındır ki, sözügedən ölkələrdəki ictimai qurumların gücləndirilməsində əsas maneə çoxlu sayda ölkəni tərk edənlər səbəbindən və ya daha da pis ssenari, münaqişə zamanı öldürüldükləri üçün ixtisaslı kadrların olmaması faktı olacaqdır. Bu xüsusda, Azərbaycan universitetlərində oxumaq istəyən İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan tələbələr üçün təhsil qrantlarına dair ötən ilin dekabrında verilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanına diqqətinizi yönəltmək istərdim. Beləliklə, Yaxın Şərq ölkələrindən olan tələbələr bu fürsətdən yaxşıca faydalana bilərlər”.

 

Nazir əlavə edib ki, BMT Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda qəbul edilib Bakı Bəyannaməsi ayrı-seçkiliyə, düşmənçiliyə və şiddətə təhrik edən dini nifrətin hər hansı bir müdafiəsini ciddi şəkildə qınadı və bütün üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı: 

 

“Biz inanırıq ki, Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün şiddətə, ekstremizmə və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi mədəniyyətlərarası dialoqun təşviqinə xidmət göstərə bilər. Biz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanı mədəni və dini yerlərin dağıdılmasından çəkindirmək üçün səmərəli tədbirlər görmək üçün çoxsaylı hallarda beynəlxalq ictimaiyyətə müraciət etmişik və bu vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş vermişdir. Mən sizin diqqətinizi silahlı münaqişələr dövründə mədəni hüquqların və əmlakın qorunmasına dair BMT-nin İnsan Hüquqları Şurasının Azərbaycanın təşəbbüsü ilə 11 il bundan əvvəl, 2007-ci ildə, daha doğrusu beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki son zülmlərdən silkələnməsindən öncə qəbul etdiyi qətnaməsinə yönəltmək istərdim. Unudulmamalıdır ki, keçmişdə cəzasız qalmış bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir”.




Xəbər lenti

21 May













ASAN Radio telefonunuzda
Facebook