26/05/2018 08:27

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9906 0.0276 0.3585


Birjadasan

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 74 600 istehlakçıya xidmət edib


14.05.2018   16:12


SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan ASAN Radioya verilən məlumata görə, bu ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin  Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 74 488 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.




Xəbər lenti

25 May
24 May













ASAN Radio telefonunuzda
Facebook